Yuxarı

Nazir: “Avropa Oyunlarını Rusiya keçirməlidir”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il II Avropa Oyunlarını başqa ölkə yox, yalnız Rusiya keçirməlidir.

Report-un məlumatına görə, bunu TASS-a açıqlamasında Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib.

"Rusiya Oyunları keçirməkdən imtina edirsə, bu, mənim kompetensiyamda deyil. Amma Avropa Oyunları yaxşı yarış və idmançılar üçün nəhəng mübarizə təcrübəsidir. Axı onların Olimpiya Kəndində qalmaları vacibdir", - nazir vurğulayıb.

A.Rəhimov əmindir ki, Avropa Oyunlarında iştirak edənlər olimpiadada yaxşı nəticələr göstərəcəklər:

"Yəni belə ab-havada iştirak və həyat təcrübəsi öz sözünü deyəcək. Avropa Oyunları lazımlıdır, bu yarışın çox yaxşı gələcəyi olmalıdır. Fikrimcə, bu baxımdan, Rusiya idmançılara kömək edəcək, Kazan isə onları dəstəkləyəcək".

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Rusiya yığması 164 medalla (79 qızıl, 40 gümüş, 45 bürünc) ümumi komanda hesabında birinci olub. Daha öncə Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ildə II Avropa Oyunlarını keçirməyəcəklərini açıqlayıb.

Tarix
2016.06.07 / 09:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla