Yuxarı

Türk məşhurlar rus pilotun ailəsinə məktub yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada keçirilən "Art-Futbol" çempionatında iştirak edən türkiyəli məşhur aktyor, jurnalist və futbolçular Rusiyanın Türkiyə tərəfindən vurulan Su-24 bombardmançısının həlak olan pilotu Oleq Peşkovun ailəsinə məktub göndərib.

Axar.az xəbər verir ki, məktubu Ərsin Qorqud, Cansəl Elçin, Fürudin Düzağac, İbrahim Kəndirci, Sarp Apak və digər məşhurlar imzalayıb.

Sənətçilər sözügedən hadisənin onları üzdüyünü bildiriblər:

"Rusiya ilə Türkiyə arasında münasibətlər üçüncü ölkəni qısqandıracaq həddə çatdığı bir vaxtda heç kimin arzulamadığı, türk xalqının "kaş olmazdı", dediyi hadisə baş verdi. Bu hadisə rus xalqı qədər bizi də üzdü və iki xalqın arasına girə bilməz. Bizim belə bir atalar sözümüz var: "Ağrılar bölüşəndə azalır". Bu hadisənin millət olaraq bizi üzdüyünü bilməyinizi istəyirik".

Qeyd edək ki, Türkiyə ötən il noyabrın 24-də sərhədlərini pozduğu üçün Rusiyanın Su-24 bombardmançısını vurub. Hadisə zamanı bombardmançının pilotu Oleq Peşkov katapult etsə də, yerdən atılan atəş nəticəsində öldürülüb.

Tarix
2016.06.07 / 12:36
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla