Yuxarı

Ərdoğan xəstəxanaya getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında İstanbulda törədilən terror aktında yaralanan şəxslərə baş çəkib.

Axar.az xəbər verir ki, Haseke Tədris və Araşdırmalar Xəstəxanasına gələn prezident yaralanmış mülki şəxs və polisləri ziyarət edib. O, şəhidlərə rəhmətə diləyib, yaralanmış polis və mülki şəxslərin tez bir zamanda sağalmasını arzulayıb:

"Millətcə başımız sağ olsun. İki yaralımızın vəziyyəti ağırdır. Birinin əməliyyatı hələ də davam edir. Digər xəstələrimizi də ziyarət etdik, durumları normaldır.

Terror təşkilatının mülki, polis və ya hərbçiyə hücumu bizim üçün eyni əhəmiyyət kəsb edir. Çünki nəticə etibarı ilə insan şəhid olur. Şəhidimiz var, ürəyimiz qan ağlayır. Amma hər şeyin bir bədəli var. Bu mübarizə qiyamətə qədər davam edəcək".

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Vəznəçilər məhəlləsində ard-arda 2 partlayış törədilib. Nəticədə 11 nəfərə ölüb, 36 nəfər yaralanıb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

Həlak olan şəxslərdən biri Azərbaycan vətəndaşıdır.

Tarix
2016.06.07 / 14:21
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla