Yuxarı

Türkiyə erməni patriarxından Almaniyaya - Sərt etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ermənilərinin patriarxlığı Almaniya Bundestaqının "soyqırım" qərarına kəskin etiraz edib.

Axar.az xəbər verir ki, patriarxlığın baş yepiskopu Aram Atəşyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda Bundestaqın qərarından təəssüfləndiyini bildirib.

O, "soyqırım" məsələsindən Türkiyəni cəzalandırmaq üçün istifadə edildiyini deyib:

"Bundestaqın verdiyi qərar bizi kədərləndirdi. Türkiyə ermənilərinin patriarxlığı dövlətə qarşı öhdəliyini hər zaman qüsursuz yerinə yetirib. Alman parlamentinin haqqı olmadığı məsələdə fikir bildirməsi və bunu rəsmiləşdirməsi qəbul edilə bilməz. Bu məsələ beynəlxalq arenada Türkiyəni və türk millətini günahlandırmaq və cəzalandırmaq üçün bir vasitə kimi istifadə olunur. Hazırki mənzərə erməni millətinin imperialist qüvvələr tərəfindən necə istifadə edildiyini göstərir. Türklər və ermənilər eyni regionda yaşamağa məcburdurlar. Biz Türkiyə və Ermənistan münasibətlərinin daima yaxşı olması üçün dua etməyə davam edəcəyik".

Qeyd edək ki, Almaniya Bundestaqı iyunun 2-də 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul edib.

Tarix
2016.06.07 / 15:30
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla