Yuxarı

Əli İnsanovun cəzası artırılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev müdafiə etdiyi şəxsə qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, T. Babayev APA-ya açıqlamasında Ə.İnsanova qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatları təkzib edib: "Bir az əvvəl Əli İnsanovla cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində görüşdük. Heç bir problemi yoxdur".

Xatırladaq ki, az öncə vəkil Namizəd Səfərov Feysbuk səhifəsində Əli İnsanova hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə maddəsi ilə ittiham irəli sürüldüyünü yazmışdı.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib.

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

Tarix
2016.06.07 / 16:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla