Yuxarı

Bu dərmanları satanlar cərimələnəcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Axar.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda "Dərman vasitələri haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, ölkəmizdə son vaxtlar dərman vasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması sahəsində xeyli iş görülüb. Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürdüyünü, eyniadlı dərman vasitələrinin hər aptekdə fərqli qiymətə satıldığını bildirən Ə.Əmiraslanov son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatların bu preparatların qiymətlərini nəzərə çarpacaq dərəcədə nizama saldığını vurğulayıb. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Tarif Şurası 900 adda dərman preparatının qiymətini stabil şəkildə tənzimləyib: "Bu baxımdan "Dərman vasitələri haqqında" qanuna müəyyən dəyişikliklərin edilməsi zəruriləşib. Təklif olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır".

Ə.Əmiraslanov İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edildiyini nəzərə çatdırıb. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Müzakirələr zamanı millət vəkilləri Musa Quliyev, Kəmaləddin Qafarov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Sədaqət Vəliyeva hər iki sənədlə bağlı yeni təkliflərini səsləndiriblər. Tarif Şurasının, Səhiyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri Səhiyyə Komitəsinin üzvlərini maraqlandıran sualları cavablandırıblar.

Sonda hər iki qanun layihəsi müəyyən boşluqların aradan qaldırılması şərtilə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tarix
2016.06.07 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla