Yuxarı

Qarabağın həllinə yardım etmək əsas vəzifəmizdir - Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım etmək Rusiyanın əsas xarici siyasət prioritetlərinə daxildir. Qonşu regionda baş verənlərə laqeyd deyilik. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi bu sahədə fəal çalışırıq.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov "İnterfaks"a müsahibəsində bildirib.

Rusiyalı həmsədr bildirib ki, Rusiya, həmsədrlik fəaliyyəti ilə paralel olaraq, Ermənistan və Azərbaycanla yaxın münasibətlərin mövcudluğu ilə əlaqədar müstəqil səylər də göstərir və əsas məsələlər üzrə tərəflərlə səmimi fikir mübadiləsi aparır.

"Bilirsiz ki, məhz Rusiya Ermənistan və Azərbaycan Baş Qərargah rəislərini Moskvaya dəvət edərək aprelin əvvəlində baş vermiş genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasında əhəmiyyətli rol oynayıb. Lakin, bizim vasitəçiliyimizin əsas mövzusu münaqişənin davamlı həllinə nail olmaq üçün tərəflərə yardım etməkdir".

İ. Popov həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya ilə münaqişənin həlli istiqamətində fəal iş aparılır. "Həmsədrlər almaniyalı təmsilçilərlə sıx təmasları davam etdirirlər", - deyə İ.Popov diqqətə çatdırıb.

Tarix
2016.06.07 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla