Yuxarı

Ölkəmizə qarşı təxribatın qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan diaspor təşkilatlarının iyunun 7-də Berlində birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda "Sərhədsiz reportyorlar" jurnalistləri müdafiə təşkilatı ölkəmiz əleyhinə piket keçirməyə cəhd edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, "Sərhədsiz reportyorlar"ın təşkil etdiyi aksiyada qondarma "Dağlıq Qarabağ respublikası"nın da "bayrağı" qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin "bayrağı"nın hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat tələb ediblər. "Sərhədsiz reportyorlar" təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına susaraq cavab verməyiblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri həmin bayrağı yığışdırıblar.

Azərbaycan diaspor təşkilatları "Sərhədsiz reportyorlar" jurnalistləri müdafiə təşkilatının aksiyasında baş verən bu insidentlə bağlı həmin qurumun mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələb olunacaq.

Xatırladaq ki, iyunun 7-də Berlin Azərbaycan Evinin, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin və Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə Azərbaycan diaspor təşkilatlarının Berlində aksiyası keçirilib. Aksiyada 200-dən çox həmvətənimiz iştirak edib.

Tarix
2016.06.07 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla