Yuxarı

Kurikulum ləğv edilir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi bu il 1-ci sinfə gedəcək şagirdlərin kurikulumla təhsil almayacağı, bu sistemin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, yayılan həmin məlumatların heç bir əsası yoxdur.

Vurğulanıb ki, 1-ci sinfə gedəcək şagirdlər ötən illərdə olduğu kimi yenə də kurikulumla təhsil alacaqlar.

Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası" (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 - cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.

Tarix
2016.06.07 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla