Yuxarı

Atçılıq klubundan reportaj - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atçılıq Azərbaycan geniş yayılmış sahələrdən biridir. Xüsusən, Qarabağ atları təkcə regionda deyil, bütün dünyada məşhurdur. Ölkəmizdə bir çox atçılıq klubları fəaliyyət göstərir. Bunlardan biri də paytaxtda yerləşən "Elit" atçılıq klubudur.

Axar.az olaraq "Elit" atçılıq klubuna baş çəkib, buranın şəraiti, atların saxlanma qaydaları və əhalinin atçılığa meyili ilə maraqlandıq.

Atçılıq klubunun direktor müavini Çingiz Yaqnaliyev buradakı atların beynəlxalq uğurlar qazandığını dedi:

"Atların çoxu yarışlarda iştirak edir. Bizim Çerova adlı atımız mayın 7-də keçirilən Heydər Əliyev adına beynəlxalq çempionatda birinci olub. Yarışa bir çox ölkədən atlar qatılmışdı. Bizim atımız gərgin yarışda qalib gəldi. Heydər Əliyev kubokunu qazandı. Çerova çox güclü atdır. Burada hal-hazırda 28 at, 8 poni var".

Direktor müavini bizə atların yemlənməsi ilə bağlı da məlumat verdi:

"Atlarımıza çox geniş tələbat var. Hamı gəlir, baxanlar da olur, sürənlər də. Burada olan atların demək olar ki, hamısı şəxsi atlardır, müxtəlif adamların atlarıdır. Ən çox həftə sonları gəlirlər, at sürmək istəyirlər. Həftə içi uşaqlarla maraqlı ekskursiyalar təşkil edirik. Gün ərzində atları 5 dəfə yemləyirik. Səhər tezdən 6-7-də ot, günorta saat 1-də yem verilir. Daha sonra saat 5-də arpa, axşam saat 6-da və 8-də isə yenidən yem veririk".

"Elit" atçılıq klubundan çəkilmiş fotoları təqdim edirik:

Tarix
2016.06.07 / 22:27
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla