Yuxarı

Rusiyanı qıcıqlandıran təlimə Türkiyə də qatılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada keçiriləcək Anakonda-2016 təlimində Türkiyə də iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatında qeyd edilir ki, Anakonda-2016 təlimi Polşa Silahlı Qüvvələrinin ev sahibliyi altında strateji, operativ və taktiki səviyyədə 06-17 İyun 2016 tarixləri arasında keçiriləcək. Türkiyənin də faktiki olaraq iştirak etdiyi təlimin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlıq qurmaq və inkişaf etdirməkdir. Sözügedən təlimdə Türkiyə ilə birgə 24 ölkə iştirak edir.

Qeyd edək ki, təlimdə 18 NATO üzvü və 5 "Sülh naminə əməkdaşlıq" proqramının üzvü olan ölkədən 31 min hərbçi iştirak edəcək. 7 iyunda başlayacaq təlim 17 iyunda başa çatacaq. Təlimə həmçinin 3 min hərbi texnika, 105 təyyarə və vertolyot, eləcə də 12 hərbi gəmi cəlb olunacaq.

Tarix
2016.06.07 / 23:39
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla