Yuxarı

İrəvan zərər görəcək, Ankara və Bakı isə... - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiyanın "Moskovski Komsomolets" qəzetinə müsahibəsində Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Metsamor AES ilə bağlı təhlükə haqqında danışıb.

Axar.az-ın məlumatına görə, səfir qeyd edib ki, Azərbaycan və Rusiyanı ortaq tarix, mədəni-humanitar və informasiya məkanı birləşdirir, ölkələrimiz, o cümlədən regionlararası səviyyədə ticarət-iqtisadi əməkdaşlığı fəal inkişaf etdirir.

Azərbaycanın Rusiyadakı səfiri Metsamor AES məsələsinə toxunub. O, Metsamor AES-in yüksək seysmik risk zonasında yerləşdiyini və "Çernobıl" tipli reaktorlara malik olduğunu vurğulayıb. Diplomat deyib: "Dağıdıcı Spitak zəlzələsindən sonra SSRİ-nin hakimiyyət orqanları Metsamor AES-in fəaliyyətinin dayandırılmasını məqsədəuyğun bildilər. Lakin 1995-ci ildə Ermənistan hökuməti bu atom elektrik stansiyasının ikinci enerji blokunun işini bərpa etdi. Beləliklə, burada obyektiv təbii risklər göz önündədir. Qonşu ölkələrin real fəlakət perspektivinə bu cür sakit yanaşması təəccüb doğurur. Axı partlayış olarsa, sonrakı peşmançılıq fayda verməyəcək. İlk növbədə və ən çox Ermənistanın özü zərər görəcək, Gürcüstan, İran, Türkiyə və təbii ki, Azərbaycan da yaxınlıqdadır. Məhz buna görə biz beynəlxalq ictimaiyyəti və Rusiyanı yaranan təhlükələrin neytrallaşdırılmasına dair təsirli tədbirlər görməyə çağırırıq".

Səfir əlavə edib ki, Azərbaycan həmçinin "Ermənistanın bəzi hərbçiləri və deputatları, o cümlədən sabiq baş nazirinin məsuliyyətsiz bəyanatları və müharibə təhdidlərindən" narahatdır. P.Bülbüloğlu deyib: "Onlar nüvə silahı və ya nüvə tullantılarının istifadəsi ilə istehsal edilən "çirkli bomba" yaratmaq imkanına malik olduqlarını iddia edirlər. Məncə, sübut etməyə xüsusi ehtiyac yoxdur ki, artıq resursları tükənmiş Metsamor AES-dən faydalanmaqla radioaktiv komponentli döyüş qurğuları yaratmaq kimi eksperimentlər bütün dünyada ciddi fəsadlar doğura bilər".

Tarix
2016.06.08 / 01:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla