Yuxarı

Deputatın Məhəmməd Əlidən üstün tutduğu kimdir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev 3 iyunda vəfat edən dünyaca məşhur boksçu Məhəmməd Əli ilə bağlı fikirlərini bölüşüb.

Deputat çox gözəl boksçu və humanist insan olan Məhəmməd Əlinin idman üçün heç nə etmədiyini deyib.

"1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnir təşkil edilmişdi. Turnirə gedəndə özümüzlə hədiyyə aparmışdıq. Məhəmməd Əli ilə görüşəndə hədiyyəni ona təqdim etdik və xatirə şəkili çəkdirdik. Həmin turnirdə dünyanın bir çox ölkələrindən idmançılar iştirak edirdi. Məhəmməd Əli həmin vaxtlarda da xəstə idi, hətta danışmaqda çətinlik çəkirdi. Məhəmməd Əli gözəl boksçu olub. Öz üzərində işləyib, həyatı və ölkəsi üçün uğurlar əldə edib. Ən azından istedadlı boksçu idi. O, rinqə çıxaraq pul qazanırdı. Hesab edirəm ki, ən yaxşı professional boksçu Con Luis olub. Sonra Məhəmməd Əli onu əvəz edib. Yaxşı insan olan Məhəmməd Əli idman dünyası və olimpiya hərəkatı üçün heç nə etməyib", - A.Əbiyev "Azvision.az"a açıqlamasında bildirib.

Bəs A.Əbiyevin Məhəmməd Əlidən üstün tutduğu Co Luis kimdir?

Axar.az unudulmuş məşhur idmançı barədə qısa araşdırma aparıb.

Co Luis boks tarixinin gəlmiş-keçmiş ən məşhur nümayəndələrindən biridir. Hətta bəzi idman mütəxəssisləri Luisin bu sahədə ən yaxşı olduğunu iddia edir.

12 may 1914-cü ildə Alabama ştatının Lafayette şəhərində dünyaya gələn Co Luis peşəkar karyerasına 1934-cü ildə başlayıb. 1937-ci ildə Ceyms Braddoku 8-ci raundda noakut edən boksçu ağır çəkidə dünya çempionu adını qazanıb.

Qısa müddət ərzində bütün dünyada tanınan Luis 25 döyüşdə dünya çempionu adını qoruyub saxlayıb. Bu döyüşlərdən 21-i nokautla nəticələnib. Co peşəkar karyerasını 1951-ci ildə 8-ci raundda məğlub olduğu Roki Markiano döyüşü ilə bitirib.

Co Luis rinqdə ən az məğlub olan idmançı kimi tarixə düşüb. O, karyerası ərzində 71 dəfə rinqə çıxıb. 54-ü nokaut olmaqla 68 dəfə qalib olan Luis yalnız 3 dəfə məğlub olub.

Co Luis Məhəmməd Əlidən fərqli olaraq ABŞ dövlətinin xarici siyasətinə qarşı çıxmayıb. Hətta II Dünya savaşında dövlətin təbliğat alətinə çevrilən Luis ordu üçün 20 dəfə rinqə çıxıb. Bundan başqa, o, qazandığı bütün mükafatları orduya bağışlayıb.

Buna baxmayaraq, ABŞ-ın o zamanki rəhbərliyi fədakar boksçunun əməyinə dəyər verməyib. Müharibədən sonra Luis 1,5 milyon dollar məbləğində vergidən yayınmada ittiham olunub. Bu hadisədən sonra tamamilə müflisləşən Co hətta bir müddət gecə barlarında qapı gözətçisi işləyib.

Co Luis 1981-ci ildə Las Veqasda 67 yaşında vəfat edib.

Məşhur boksçunun 20-ci əsrin birinci yarısında yaşaması, qalmaqallardan uzaq olması onun Məhəmməd Əli və Mayk Taysonla müqayisədə kölgədə qalmağına səbəb olub.

Maraqlı faktlar

Co Luislə bağlı maraqlı məlumatlar da var. Deyilənə görə, bir gün Luis Nyu Yorkda gəzişirmiş. Bu zaman bir ağdərili ona sataşaraq "zənci" deyib. Bundan sonra Luis yaxınlıqda yerləşən polis şöbəsinə gedərək həmin şəxsdən şikayət edib. Araşdırma zamanı sataşdığı şəxsin Co Luis olduğunu biləndə həmin adamın ürəyi gedib.

Deyilənə görə "Böyük" (Great) ləqəbli Məhəmməd Əli Co Luisin cənazə mərasimində "Gerçək "great" Co Luisdir", - deyib.

"Qara bomba" (Brown bomber) ləqəbi ilə rinqə çıxan idmançının məşhur sözləri də az deyil: "Qaça bilərsən, amma gizlənə bilməzsən", "Hər kəsin bir planı var, zərbə alana qədər" və s.

Tarix
2016.06.08 / 08:45
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla