Yuxarı

Prezidentlərin Bakı görüşü: Detallar və Qarabağ...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü ilə bağlı detallar görüşün dəqiq vaxtı müəyyənləşdikdən sonra bəlli olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat üç ölkə rəhbərinin Bakı görüşünü şərh edib:

"Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün gündəliyi hələ məlum deyil. Hələlik onu söyləmək mümkündür ki, sözügedən dövlətlər arasında üçtərəfli əməkdaşlıq zəruridir və rəhbərlər də məhz bunu ən yüksək səviyyədə təşkil etmək üçün bir araya gəlmək niyyətindədirlər. Üçtərəfli əlaqələrlə yanaşı, nəqliyyat, energetika sahəsi formatın əsasını təşkil edəcək. Detallar görüşün dəqiq vaxtı müəyyənləşdikdən sonra bəlli olacaq. Qarabağ məsələsinin nəzərdən keçiriləcəyi istisna edilməsə də, bu, həll prosesi ilə bağlı görüş deyil".

Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin ilin ikinci yarısında Bakıda üçtərəfli formatda görüşünün keçiriləcəyi gözlənilir.

Tarix
2016.06.08 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla