Yuxarı

Tarixi komanda bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa çempionatları tarixinin rəmzi komandasını elan edib.

ANS-in məlumatına görə, bu barədə Avropa futbol qurumunun rəsmi saytı xəbər verib.

Bununla bağlı keçirilən səsvermədə 3 milyon 500 min azarkeş iştirak edib. Bu il UEFA 2015-ci ilin rəmzi komandasını, Çempionlar Liqasının rəmzi komandasını həmçinin Avropa Liqasının rəmzi komandasını açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, Avropa çempionatları tarixinin rəmzi komandasında aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Canluici Buffon (İtaliya)

Müdafiəçilər: Paolo Maldini (İtaliya), Frans Bekkenbauer (Almaniya), Karles Puyol (İspaniya), Filipp Lam (Almaniya)

Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Andres İnyesta (İspaniya)

Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Tyerri Anri (Fransa), Marko van Basten (Hollandiya)

Bu il yanvar ayında UEFA 2015-ci ilin rəmzi komandasına düşən futbolçuların adlarını açıqlayıb. 7 milyon 50 min 428 nəfərin iştirak etdiyi sorğuda ən çox Lionel Messi səs toplayıb - 448 min 445. Kriştiano Ronaldo 260 min 811 səs toplayıb. "Real"ın ulduzu 11 futbolçu arasında Cerard Pikedən sonra ən az səs yığan olub. Siyahıda ən çox "Barselona"nın futbolçusu təmsil olunub - 5 nəfər. "Real"ın 3, "Bavariya"nın 2, "Yuventus"un 1 üzvü ən yaxşılar arasında yer alıb.

Ölkələrə gəlincə, siyahıda ən çox İspaniyanın futbolçusu var. Belə ki, 3 ispan futbolçu ən yaxşı olub.

Braziliyanın 2, Almaniya, Avstriya, Fransa, Kolumbiya, Argentina və Portuqaliyanın bir təmsilçisi fərqlənib.Sorğuya qatılan 7 milyon 50 min 428 nəfər arasında ən çox Avropa sakinləri yer alıb. Belə ki, səs verənlərin 53 faizi "köhnə qitə"nin sakinləridi. İştirakçıların 19 faizi Asiya, 15 faizi Cənubi Amerika, 8 faizi Şimali Amerika, 4 faizi Afrika, 1 faizi isə Okeaniyanı təmsil edir.

Tarix
2016.06.08 / 09:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla