Yuxarı

SOCAR-dan dəhşətli kiberhücumla bağlı – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qazının iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu sözləri Axar.az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, qaz kəmərlərinin idaretmə mərkəzində heç bir problem yaranmayıb:

"Hakerlərin Azərbaycan qazını iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql etməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Qaz kəmərlərinin idaretmə mərkəzində heç bir problem yaranmayıb, bu gün də yoxdur".

Xatırladaq ki, Çexiyanın "Praqa Deyli Monitor" qəzeti hakerlərin Azərbaycan qazının nəqli istiqamətini dəyişdirdiklərini iddia edib. İddiaya görə, Azərbaycan qazı iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql edilib.

Qəzetin yazdığına görə, Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi Ales Şpidla danışıb. Mütəxəssisin bildirdiyinə görə, qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Şpidla bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.

ANS-in məlumatına görə, Ales Şpidla super dövlətlərin kiberhücumlarla başqa ölkələrdən məxfi məlumatları ələ keçirdiyini deyib. O, gələcəkdə həmin dövlətlərdə kiber-hücumlarla xaos yaratmaq imkanlarını araşdırdığını bildirib:

"Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. Rusiya da irimiqyaslı haker hücumları həyata keçirir. Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərir və 12 min mütəxəssis bu mərkəz üçün işləyir. Kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusə də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi, informasiya sistemləridir".

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Tarix
2016.06.08 / 10:44
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla