Yuxarı

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış köşə yazarı Ayça Öztorun kozanbilgi.net portalına müsahibə verib.

Ötən ilin iyununda Axar.az-ın yazarı Nihat Cəbrayılın müsahibə almaq üçün İstanbula getdiyini xatırladan jurnalist məqalənin hansı səbəbdən Türkiyə türkcəsinə çevrilmədiyini soruşub. A.Öztorun isə bu barədə yerli mətbuata məlumat verməyə lüzum görmədiyini deyib:

"Müsahibə Azərbaycan dilində olduğu üçün qəzetlərə demədim. Türkeş bəy (kozanbilgi.net saytının baş redaktoru. – red.) bunu eşidərsə, yaxın zamanda Azərbaycan dilində də olsa yayınlayar".

Axar.az-a müsahibə verdikdən sonra Azərbaycanda məşhurlaşdığını deyən xanım yazar Bakıya gəlmək arzusunu gizlətməyib:

"Azərbaycanlıları sevirəm. Nihat Cəbrayıl çox tanınmış bir jurnalistdir. Sənətə və mədəniyyətə dəyər verib, ölkəmizəcən gəlib sənətçilərdən müsahibə alan bir adamdır. Bakıya dəvət almışıq. Könül istərdi ki, "Göydə ulduz, yerdə atəş" adlı romanım Azərbaycan dilinə tərcümə olunsun və mən də kitabımla gedim".

Xatırladaq ki, Ayça Öztorun ötən il saytımıza geniş müsahibə vermişdi.

Onunla türk mediasında yayınlanmış sözügedən müsahibəni bu linkə daxil olaraq oxuya bilərsiniz.

Tarix
2016.06.08 / 11:23
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla