Yuxarı

Gömrükdən külli miqdarda qızıl aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyuta və zərgərlik məmulatlarının ölkə ərazisindən çıxarılmasının qarşısını alıb.

Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə Respublikası vətəndaşının əl çantasına rentgen aparatı ilə baxış keçirilən zaman gömrükçülər monitorda zərgərlik məmulatlarına bənzər təsvirlər müşahidə edib.

Yoxlama zamanı çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və kağız üzərində yazılı formada bəyan edilməyən, bəzilərinin üzərində qaşlar olan 8 cüt sırğa, 9 ədəd üzük, 3 ədəd boyunbağı, 1 ədəd qolbaq aşkar olunub.

Bundan sonra sərnişinin üzərində şəxsi yoxlama aparılıb və onun alt paltarının içindən gömrük nəzarətindən gizlədilən 100 ədəd hər biri 500 Avro nominalında pul əskinasları olmaqla, cəmi 50000 avro aşkar olunaraq protokol əsasında götürülüb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininı ekspert arayışına əsasən, aşkar edilən məmulatların metalı 750 əyarlı qızıl, ümumi çəkisi 415,44 qram, qaşları isə brilliantdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Tarix
2016.06.08 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla