Yuxarı

Aprel savaşı İtaliya KİV-də: səfir ermənipərəsti susdurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın "La Stampa" qəzetində 21 may tarixində jurnalist-fotoqraf Roberto Travanın "Dağlıq Qarabağ, sülh gözləyə bilər" adlı cari ilin aprel ayının əvvəllərində təmas xəttində baş vermiş hərbi əməliyyatlarla bağlı Azərbaycana qarşı qərəzli və iftira xarakterli məqaləsi dərc edilmişdi.

Azərbaycanın İtaliyadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, R.Travanın məqaləsinə cavab olaraq 5 iyun tarixində "La Stampa" qəzetində səfir Məmməd Əhmədzadənin məsələ ilə bağlı cavab məktubu bəzi ixtisarlarla dərc olunub.

M.Əhmədzadə Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanındığını, 20 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunu işğal altında saxladığını, Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, işğal olunmuş ərazilərimizdə, məqalədə yanılış şəkildə "respublika" kimi təqdim edilmiş, əslində isə heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış qondarma, qeyri-qanuni rejimin yaradıldığını qeyd edib. 2 aprel tarixində təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan silahlı qüvvələri tərəfindən başlanıldığına dair dəlillərin olduğunu qeyd edən M.Əhmədzadə Azərbaycanın mülki əhali arasında baş vermiş itkilər və mülki obyektlərə dəymiş ziyan, Ermənistan silhalı qüvvələrində ASALA terrorçu təşkilatının üzvlərinin döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə təhdid edilməsi faktlarına Travanın öz məqaləsində yer verməməsini qınayıb.

M.Əhmədzadə bildirib ki, Ermənistan mövzu ilə bağlı geniş dezinformasiya kampaniyası həyata keçirməkdədir və Travanın müəllifi olduğu məqalə də həmin kampaniyanın bir hissəsidir. Belə ki, bu kimi məqalələrdə Ermənistanın Azərbaycan ərazilərini hərbi cəhətdən işğal etməsi və öz hərbi qüvvələrini həmin ərazilərdə saxlaması faktının bölgədə gərginliyin əsas mənbəyi olduğu gizlədilir. Səfir dini amilin münaqişəyə heç bir aidiyyətinin olmadığını vurğulayıb, habelə əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT TŞ-nin 4 qətnaməsi yerinə yetirilməmiş qalır.

Qəzetdə Azərbaycan diplomatının cavab məktubunun dərc edilməsi R.Travanı hiddətləndirib və o, cavab replikası ilə öz mövqeyinə gülünc arqumentlərlə haqq qazandırmağa cəhd göstərməklə yanaşı, əsassız iddialarla yenidən erməni tərəfinin müdafiəsinə qalxıb. Buna cavab olaraq M.Əhmədzadə qəzetin redaksiyasına növbəti məktub göndərərək Travanın təxribatçı və iftira dolu fikirlərinə münasibət bildirib və əlavə edib ki, Travanın bir jurnalist olaraq fikir azadlığının müdafiəçisi olduğu halda qarşı tərəfin fikirlərinə dözümsüz yanaşması təəccüb doğurur.

Ermənipərəst mövqeyi ilə tanınan R.Travanın adı 2015-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Məqalə və cavab replikaları ilə buradan tanış ola bilərsiniz:

Tarix
2016.06.08 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla