Yuxarı

Əliyev Kadırovun şəxsi nümayəndəsi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib.

Axar.az xəbər verir ki, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlət başçısına çatdırıb.

Ramzan Kadırovun və bütün çeçen xalqının ölkəmizdə əldə olunan uğurlara görə Prezident İlham Əliyevə dərin hörmət bəslədiklərini deyən qonaq Azərbaycanın nailiyyətlərinə sevindiklərini bildirib. O, Azərbaycanın Milli bayramı - Respublika Günü və Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb. Qonaq Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Dövlət başçısı Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb. Çeçenistanda gedən böyük inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev bu uğurlu inkişafın, sabitliyin və əmin-amanlığın önəmini qeyd edib. Çeçenistandakı inkişafın ölkəmizdə maraqla izlənildiyini deyən dövlət başçısı əldə edilən uğurlar münasibətilə çeçen xalqına və şəxsən Ramzan Kadırova təbriklərini çatdırıb. Dövlət başçısı müqəddəs Ramazan ayının başlanması münasibəti ilə çeçen xalqını təbrik edib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu münasibətlərin genişlənməsinə ölkəmizlə Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Çeçenistan Respublikası arasında əməkdaşlığın öz töhfəsini verdiyini bildirib.

Prezident İlham Əliyev Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çeçenistan Respublikasının başçısına çatdırmağı xahiş edib.

Tarix
2016.06.08 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla