Yuxarı

Nazarbayev 5-ci kalona qarşı hərəkətə keçir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstandakı proseslər bəzi xarici qüvvələr və daxildəki 5-ci kalonun dəstəyi ilə daha da qabardı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O, daxildə və xaricdə dağıdıcı fəaliyyət göstərən qüvvələrin Qazaxıstanda səfərbərliyə keçdiyini deyib:

"Ölkədə bəzi qüvvələrin sosial zəmində narazılıqları məhz bu ziddiyyətlər və torpaq kodeksinin ortaya çıxmasından sonra baş qaldırdı. Proseslər isə bəzi xarici qüvvələr və daxildəki 5-ci kalonun dəstəyi ilə qabardı, terror hadisələri fonunda daha da gərginləşdi. Hazırda Nazarbəyov olduqca qətiyyətli davranır. O, mahir bir idarəçi kimi proseslərin daha geniş vüsət almasını əngəlləyə bilir. Ölkədəki vəziyyəti beynəlxalq institutların "rəngli inqilablar" sevdası prizmasından da qiymətləndirmək olar. Çünki bütün bu cəhdlər xaricdən müdaxilə anlamına gəlir".

Politoloq hesab edir ki, Şimali Qafqazda özləri üçün dayaq nöqtəsi tapan beynəlxalq terror dəstələri, o cümlədən İŞİD və Əl Qaidənin də bu proseslərdə fəallığı özünü əks etdirir:

"Vəziyyət gərgin olsa da, Qazaxıstanda sosial problemlər həll edilmək üzrədir. Çünki Nazarbayev torpaq kodeksi ilə bağlı bütün mübahisəli məqamları doğuran müddəalara yenidən baxılmasına dair qərar verib.

Terror qruplaşmlarının dəsti-xətti, xof yaratma meyilləri, bir müddət öncə Mərkəzi Asiya ilə bağlı yeni cəbhə xətlərinin Qazaxıstan, daha sonra isə Qırğızıstandan keçəcəyinə dair təhdidləri, hətta Qafqazın adının hallanması təsadüfi deyil. Beynəlxalq təşkilatlarla yanaşı, bağlı struktur və fövqəlqüvvələrin sayələrində fəaliyyət göstərən, siyasi texnologiyalarla məşğul olan mərkəzlərin də bu işdə dəsti xətti görünür".

Qeyd edək ki, Qazaxıstanda xalqı meydanlara çıxmağa vadar edən səbəb Torpaq Məcəlləsində torpaq sahələrinin 25 il müddətinə xarici vətəndaşlara icarəyə verilməsini nəzərdə tutan düzəlişlərlə bağlıdır.

Mayın əvvəlində qəbul olunmuş düzəlişdən sonra gözlənilmədən bir sıra iri şəhərlərdə - Aktau, Aktobe, Semeye, Janozene və Qızılordada etiraz aksiyaları başlayıb.

İyunun 5-də bir qrup şəxs əvvəlcə iki silah mağazasına basqın edib, daha sonra hərbi hissələrə hücum çəkib.

Anti-terror əməliyyatları zamanı 13 ekstremist öldürülüb, 14-ü yaralanıb. 6 terrorçu axtarışdadır.

İyunun 6-da ölkədə ən yüksək terror təhlükəsi "qırmızı hədd" elan edilsə də, sonradan 40 gün müddətində bu, "sarı hədd"ə salınıb.

Tarix
2016.06.08 / 21:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla