Yuxarı

Ermənistan misli görünməmiş təxribatlara əl atıb - Məqalə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş ofisi Haaqa şəhərində yerləşən Benilüks ölkələri və Avropa İttifaqı institutları üçün yayımlanan "Diplomat Magazine" jurnalında Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun "Uzunmüddətli təhlükəsizlik çağırışları Avropa ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz" adlı məqaləsi dərc yayılıb.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın Şərq-Qərb dəhlizində tutduğu geostrateji mövqedən bəhs edilir. Bildirilir ki, Şərq və Qərb arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafına töhfə verən Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır. Azərbaycanın bölgədə tarixən oynadığı bu rol müxtəlif etnik və dini azlıqların ölkədə sülh və əmin-amanlıq şəraitində yaşamasına və multikulturalizm dəyərlərinin inkişafına imkan yaradıb. Bu gün Azərbaycanda multikulturalizm və dini dözümlülük cəmiyyətin həyat tərzidir.

Məqalədə qeyd edilir ki, hazırkı dövrdə Azərbaycan Şərq-Qərb dəhlizinin əhəmiyyətini Bakı–Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı–Tbilisi–Qars və yaxın gələcəkdə reallaşacaq "Cənub Qaz Dəhlizi" kimi irimiqyaslı transregional layihələrlə gücləndirir. Bu isə öz növbəsində Azərbaycanın Avratlantik strukturlarla əməkdaşlığının inkişafına təkan verir. Azərbaycan Avropa İttifaqının digər qonşularından fərqli olaraq Aİ ilə münasibətlərində problem yaradan ölkə deyil, əksinə Aİ-nin strateji maraqlarının təmin olunmasına töhfə verən etibarlı tərəfdaşdır. Bu tərəfdaşlıq "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropaya alternativ qazın nəqli perspektivləri ilə məhdudlaşmır. Azərbaycan radikalizm, dini ekstremizm və insanlıq əleyhinə cinayətlərə gətirib çıxara bilən müasir təhlükəsizlik təhdidlərinə qarşı mübarizə sahəsində Aİ ilə birgə çalışmağa hazırdır. Bu təhdidlərlə mübarizə dini dözümlülük və multikulturalizm kimi fundamental dəyərlərin pozulması ilə müşayiət olunmamalıdır. Bu gün terrorizmə qarşı mübarizə adı altında Avropa siyasi dairələrində artan islamofobiya Avropa İttifaqı ilə müsəlman dünyası arasında qarşıdurma riski yaradır. Azərbaycan əsrlər boyu multikulturalizm dəyərlərinə malik ölkə kimi bu təhdidin aradan qaldırılmasında Aİ ilə əməkdaşlıq etməyə hazırdır.

Bildirilir ki, yeni geosiyasi proseslər və Avropa İttifaqı qonşuluğunda müşahidə olunan mürəkkəblik Aİ və Azərbaycan arasında gələcək münasibətlərin formalaşmasına öz təsirini göstərir. Təcrübə onu göstərib ki, illüziyalar üzərində qurulmuş yanaşma tərəflər arasında yaxınlaşmaya xidmət etməyib. Məhz bu baxımdan Azərbaycan Aİ ilə yeni hüquq öhdəlikli ikitərəfli sənəd üzərində işləməyə başlayıb. "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla reallaşması ikitərəfli münasibətlərdə qarşılıqlı asılılığı artıracaq və tərəflər arasında siyasi dialoq və ticarət münasibətlərinin genişləndirilməsinə xidmət edəcək.

Səfir məqalədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalının regional təhlükəsizliyə təhdid olduğunu vurğulayır. Bu xüsusda, cari ilin aprel ayında qoşunların təmas xəttində baş vermiş hərbi qarşıdurmaya toxunulur və onun məhz həmin dövrdə baş verməsinin səbəbləri açıqlanır. Bildirilir ki, aprel hadisələrindən öncə yüksək vəzifəli Aİ rəsmiləri, o cümlədən Avropa Komissiyasının iki vitse-prezidenti Azərbaycana eyni vaxtda səfər edib, Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı müsbət ismarıclar verilib. Azərbaycan Prezidenti ABŞ-a uğurlu səfər edib və Birləşmiş Ştatlar ölkəmizi regional təhdidlərlə mübarizədə mühüm tərəfdaş kimi qiymətləndirib. Bu gedişatlara cavab olaraq Ermənistan silahlı qüvvələri münaqişə tarixində misli görünməmiş təxribatlara əl atıb.

Diqqətə çatdırılır ki, regionda sülh və sabiltiyin bərqərar olunması üçün münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamentinin qətnamələri icra olunmalıdır. İşğalçı qoşunlar Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmalı, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtma hüququ təmin olunmalıdır. Ermənistanın bu istiqamətdə atacağı addımlar Cənubi Qafqazda regional əməkdaşlığın inkişafı və bu ölkənin mövcud və gələcək transregional layihələrdə iştirakı üçün əlverişli zəmin yaradacaq. Cənubi Qafqaz Avropa İttifaqına yaxın bölgədir və bu şəraitin yaradılması Aİ-nin də marağında olmalıdır.

Səfir qeyd edir ki, uzun müddətdir davam edən təhlükəsizlik təhdidləri Azərbaycanın Aİ ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl gətirə bilməz.

Tarix
2016.06.08 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla