Yuxarı

Ələkbərov kuratorluqdan çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə nəzarətdə (kuratorluq) bəzi dəyişikliklər baş verib.

Report xəbər verir ki, Nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi nazir müavini Sahib Ələkbərovun kuratorluğundan çıxarılaraq birbaşa nazir Fazil Məmmədovun kuratorluğuna verilib.

Həmçinin, Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri Riyad Hüseynovun nəzarətindən alınaraq nazirin müavini Sahir Məmmədxanovun kuratorluğuna həvalə edilib.

Bununla yanaşı, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi yaradılaraq vergilər nazirinin müavini İlkin Vəliyevin nəzarətinə verilib.

Nazirlikdə yeni yaradılan Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsi və informasiya texnologiyaları şöbəsi isə vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri R.Hüseynovun nəzarətinə verilib.

Əlavə olaraq yeni yaradılan Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi və Vergi auditi və operativ nəzarət İdarəsi nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədovun kurasiyasına verilib.

Tarix
2016.06.09 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla