Yuxarı

Oljas Süleymenov Aktobe qiyamından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktobedə baş verən hadisələr təsadüfi deyil.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında məşhur qazax yazıçısı Oljas Süleymenov söyləyib. Onun sözlərinə görə, bu hadisələr öncədən hazırlanıb:

"Mənim bildiyim budur ki, hakimiyyət gərək indi çox ehtiyatlı olsun. Onlar çalışmalıdır ki, bizim 25 il qaçdığımız prosesin həyata keçməsinə imkan verməsinlər. MDB-nin demək olar ki, bütün respublikalarında bu hadisələr müxtəlif formalarda baş verib. Biz onu inqilab, digərləri isə başqa cür adlandırıblar. Destabilizasiyaya Rusiya da daxil olmaqla bütün respublikalar məruz qalıb. Yalnız Qazaxıstan bundan yayına bilib. Məncə, hökumətlə yanaşı, ictimaiyyət də çox diqqətli olmalıdır".

Qeyd edək ki, bir müddət öncə Aktobe şəhərində naməlum şəxslər bir neçə ticarət obyektinə və hərbi hissəyə hücum edib. Rəsmi Astananın yaydığı məlumata görə, indiyə qədər 13 terrorçu məhv edilib.

Tarix
2016.06.09 / 13:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla