Yuxarı

Xəstəxanada gənc öldü: Meyitini vermirlər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:30

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.

Avropa.info xəbər verir ki, İsmayıllı rayonu Tircan kənd sakini 26 yaşlı Mirzəyev Mirzə Mərdan oğlu böyrək çatışmazlığından dünyasını dəyişib. Bu haqda məlumatı mərhumun əmisi, şair, "Maraqlı məqam" qəzetinin redaktoru Kamran Mirzə verib.

O, qardaşı oğlu olan M.Mirzəyevin hələ 2 yaşında ikən böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib. Elə bu yaşda ikən xəstənin bir böyrəyi sıradan çıxdığı üçün kəsilərək götürülüb. 19 yaşına qədər tək böyrəklə yaşayan Mirzənin artıq ikinci böyrəyində də problemlər yaranmağa başlayıb.

3 il yarım bundan əvvəl isə xəstənin ikinci böyrəyi də tamamilə sıradan çıxıb. Bundan sonra Mirzə əməliyyat olunub və ona anasının böyrəyi köçürülüb.

Bu yaxınlarda yenidən böyrəyində problem yaşanan xəstə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. M.Mirzəyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Kamran Mirzə qardaşı oğluna anasının böyrəyini köçürmək üçün valideynlərinin 60 minə yaxın pul xərclədiklərini deyib. O, hazırda qardaşı oğlunun meyitini almaq istədiklərini, amma həkimlərin ödəniş edilməsi lazım olduğunu söylədiklərini bildirib.

K.Mirzənin sözlərinə görə, mərhumun valideynləri baş həkim Leyla Seyidbəyova ilə də görüşüb, ona əməliyyatın düzgün aparılmadığını deyiblər. Buna baxmayaraq, həkimlər məsuliyyəti öz üzərlərindən atır.

***

Mərkəzi Neftçilər Xəstəxanası nəhayət Mirzə Mirzəyevin meyitini ailəsinə təhvil verib.

Bunu Axar.az-a vəfat edən gəncin əmisi Kamran Mirzə deyib.

"2 gün əvvəl qardaşım oğlunu ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına gətirdik. Pul almaq niyyətilə əməliyyata saldılar. Halbuki, artıq çarə tükənib deməliydilər. Burada hətta danışmağa belə pul istəyirlər. Hazırda sənədlərə imza atmışam və meyiti birazdan götürüb İsmayıllıya aparacam".

Tarix
2016.06.09 / 14:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla