Yuxarı

Neftin 50 dollar civarında qalması böyük avantajdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətinin ortamüddətli dövrdə 50 dollar ətrafında qalması resurs ölkələrinin xalqları üçün böyük avantajdır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı Rövşən Ağayev açıqlama verib. Ekspertin sözlərinə görə, qiymətin hələlik 50 dollardan çox aşağı olması da, o qədər arzulanan deyil:

"Çünki alternativ enerjinin ənənəvi enerji mənbələrini üstələmədiyi şəraitdə dünyanın enerjiyə tələbatını ödəmək üçün sərmayə defisiti yaranır. İqtisadiyyatı resurslardan asılı olmayan, inkişaf etmiş və şaxələnmiş iqtisadiyyata malik ölkələrdə milli gəlirin 100 dollarından təxminən 60-65 dolları əmək haqqı və qonorar formasında insan əməyinə, cəmi 25-30 dolları maliyyə və fizik kapitalın mənfəətinə gedir".

İqtisadçı bildirib ki, neftin qiymətində iqtisadi baxımdan yaxın zamanlarda indikindən artıq yüksəliş gözlənilmir:

"Qiyməti aşağı çəkən iqtisadi amillər yuxarı çəkən faktorlardan daha ağırçəkilidir. Söhbət Kanadada artıq yanğınların dayanması və hasilatın bərpasından, Çin iqtisadiyyatında ressesiya riskinin yüksək olaraq qalmasından, İranın sanksiyalara qədərki bazar payını bərpa etməsindən, hazırkı qiymətin ABŞ-da dayanmış slans layihələrinin müəyyən hissəsinin bərpası üçün əlverişli olmasından gedir".

Tarix
2016.06.09 / 14:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla