Yuxarı

Gömrükdə əməliyyat: 70 min siqaret tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-averilən məlumata görə, idarəyə daxil olan əməliyyat məlumatına əsasən "Samur" gömrük postuna Rusiya istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 18400 ədəd siqaret aşkar olunub.

Kinoloji itin tətbiqi ilə baxış keçirilən nəqliyyat vasitəsindən isə 8400 ədəd siqaret aşkar edilib.

Daxil olan digər bir əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun qarşısında dayanan nəqliyyat vasitəsində yoxlama aparılıb və məlumat təsdiqini tapıb. Avtomobildən 9400 ədəd siqaret aşkar edilib.

Xaçmaz şəhərində həyata keçirilən əməliyyat nəticəsində isə Azərbaycan vətəndaşından 32 200 ədəd siqaret aşkar edilərək götürülüb.

Butun faktlarla bağlı araşdırma aparılır.

Tarix
2016.06.09 / 15:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla