Yuxarı

Gəncədə Qan Turalı ilə görüş keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 iyun 2016-ci il tarixdə Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Yaradıcılıq Fondunun çap elədiyi kitablar və Qan Turalının "Fələk qırmancı" romanının müzakirəsi keçirilib.

Fondun mətbuat xidmətindən Kulis.az-a veriən məlumata görə tədbirdə GDU-nun müəllim və tələbə heyəti, oxucular iştirak edib.

Tədbiri giriş sözü ilə açan AYF-nin aparat rəhbəri Qismət Rüstəmov fondun çap elədiyi kitablar barədə görüş iştirakçılarına geniş məlumat verib. Qismət Rüstəmov bu il yeni kitabların da çap ediləcəyini bildirib. O qeyd edib ki, fondun çap etdiyi kitabların oxuculara çatması və yazarlarla birbaşa ünsiyyət üçün belə tədbirlərin keçirilməsi çox vacibdir, bu cür görüşlər mütəmadi olaraq təşkil ediləcək.

Daha sonra yazıçı Qan Turalı "Fələk Qırmancı" romanı barədə görüş iştirakçılarına məlumat verib. Tədbir iştirakçıları romanla bağlı müəlliflə öz fikirlərini bölüşüb. Sonda müəllifin imzalı kitabları və AYF-nin nəşrləri oxuculara paylanılıb.

Qeyd edək ki, Azərbaycan Yaradıcılıq Fondu istedadlı insanlara dəstək məqsədilə "Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası" seriyası adı ilə Ömər Xəyyamın "Sayrışan hallar", İkinci Mahmudun "Ümid arısı", Fəridə Məmmədovanın "Sevgili üçün notlar", Alik Əlioğlunun "Günəş qalib gəldi", Ramilə Qurbanlının "33 pərdəli dram", Qan Turalının "Fələk qırmancı", Rövşən Asifoğlunun "Qarabağlı Hüseynalı bəy", Qismətin "Gələcəyin tarixi" kitablarını çap edib.

Tarix
2016.06.09 / 17:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla