Yuxarı

Fikrət Məmmədov Rusiyanın ədliyyə naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir. 2001-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilib, müqavilə-hüquq bazası möhkəmləndirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, bu fikirlər iyunun 9-da Azərbaycanda səfərdə olan Rusiyanın ədliyyə naziri Aleksandr Konovalovun respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşündə səslənib.

Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin inkişafında dövlətlərimizin başçılarının xüsusi rolunu qeyd edib. Nazir ötən ilin payızında Sankt-Peterburqda keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının illik konfransı çərçivəsində görüşünü xatırladıb.

F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib, ölkəmizdə hakimlərin seçiminin Avropada örnək kimi dəyərləndirildiyini, elə bu gün hakimliyə namizədlərlə vahid auditoriyada ən şəffaf şəraitdə və internetdə onlayn rejimdə yayımlanmaqla test imtahanının keçirildiyini qeyd edib. Həmçinin ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə və digər görülən işlərdən danışıb.

A.Konovalov Azərbaycan ilə Rusiya arasında tarixi dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahədə uğurla inkişaf etdiyini, Ədliyyə nazirliklərinin ən intensiv qarşılıq fəaliyyət göstərdiyini, o cümlədən vətəndaşların məmnunluğuna xidmət edən hüquqi yardım üzrə əməkdaşlığı və bu sahədə iş həcminin artdığını vurğulayıb. Qonaq hüquqi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu söyləyərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı fəaliyyətin gələcək prioritetləri müzakirə olunaraq maraq doğuran sahələr üzrə təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsinə dair razılığa gəlinib.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub. Rusiyanın ədliyyə nazirinə müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim olunub.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.

Tarix
2016.06.09 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla