Yuxarı

“İrəvanla deyil, Moskva ilə ikitərəfli danışıq aparaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Almaniya səfəri çərçivəsində hazırda ATƏT-ə sədrlik edən, eyni zamanda ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın kansleri Merkelin "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq" sözlərini işlətməsi bir daha millət vəkili Qüdrət Həsənquliyevin nə qədər haqlı olduğunu üzə çıxartdı.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O bildirib ki, BAXCP lideri Qüdrət Həsənquliyev də açıqlamasında Qarabağ məsələsinin Ermənistanla deyil, birbaşa Rusiya ilə müzakirə edilməsini təklif etmişdi:

"Qüdrət bəy vurğulamışdı ki, Ermənistanla müzakirələrin aparılmasının heç bir perspektivi yoxdur. Rus və erməni qoşunlarının birgə iştirakı ilə Azərbaycan torpaqlarının 20%-i işğal edilib. Biz bütün danışıqları Rusiya ilə aparmalıyıq. Rusiyanın maraqlarının nədən ibarət olmasını bilməliyik. Qüdrət bəy təklif etdi ki, Azərbaycanın müstəqiliyinə heç bir zərbə vurmadan Rusiyanın maraqlarını təmin edib, əvəzində Qarbağı geri qaytara bilərik. BAXCP liderinin bu fikirlərinə qarşı həm mətbuatda, həm də sosial şəbəkədə hücum kampaniyası apardılar, xüsusən də radikal müxalifətin təmsilşiləri. Liderimi "rusiyapərəst", "Rusiyanın adamı", "5-ci kolonun nümayəndəsi" adlandırdılar. Bu gün artıq Almaniya kansleri Angela Merkelin bu fikiri deməsindən 3 gün keçib. Ancaq heç kim Merkelə qarşı bir münasibət ortaya qoymur. Niyə? Bəlkə, Merkeli də Rusiyanın adamı sayasınız? Bəlkə o da Rusiyanın 5-ci kolonudur?"

N.Orduxanlı bildirib ki, heç bir qarayaxmaya baxmadan, Qüdrət bəy həqiqəti dedi və bu gün də eyni fikri müdafiə edir:

"Qarabağın açarının Rusiyada olduğunu bilməyən yoxdur, ancaq bunu açıq şəkildə bildirən Qüdrət bəyə qarşı hücuma keçdilər. Hesab edirəm ki, Merkelin bu sözündən sonra bu məsələ bir daha aktuallığını qaytardı və Qərb dolayısı ilə işarə etdi ki, danışıqlar Rusiya ilə aparılmalıdır. Ona görə də Qüdrət bəyin təklifini bir daha səsləndirməyə zərurət var: Biz Rusiya ilə açıq danışıqlara getmək üçün sosial-psixoloji zəmin hazırlamalıyıq".

Tarix
2016.06.09 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla