Yuxarı

Putinin başqa planları var - Blumberq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft qiymətləri yanvar ayından indiyə kimi 80 faiz qalxıb. Bu, Rusiya iqtisadiyyatı və Rusiya hökuməti üçün gözlənilməz hədiyyə oldu. Bununla belə, yaxınlaşan parlament seçkiləri və narazılığın artmasına baxmayaraq, sosial xərclər artmır. Kremldə pulla bağlı başqa planlar var.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın "Blumberq" agentliyi "Putin neft gəlirlərini yağa deyil, silaha xərcləməyə qərar verdi" başlıqlı yazısında bildirib.

Sentyabr ayında parlament seçkilərinin keçiriləcəyini yazan nəşr bildirir ki, sorğulara görə, seçicilərin yalnız 42 faizi qanunvericilərin işini bəyənir. Hökumətin reytinqi Krımın zəbt edilməsindən sonrakı dövrdə minimuma enib. Hətta prezident Vladimir Putinin reytinqi 80 faizə qədər düşüb. Bu, 2014-cü ilin martından bu yana ən aşağı göstəricidir.

May ayında Krıma gedən baş nazir Dmitri Medvedyev "sürpriz"lə qarşılaşdı. Krım pensiyaçıları təqaüdlərin artırılmasını istədi. Baş nazir "Sadəcə, pul yoxdur" deməyə məcbur oldu.

"Blumberq" qeyd edir ki, bu cavab Krımda açıq təhqir kimi səslənirdi: "Məhz nisbətən yüksək pensiya almaq cəhdi insanları 2014-cü ilin martında Rusiyaya birləşməyə itələdi və yarımadanın Ukraynadan ayrılması üçün rəsmi bəhanə oldu. Putin bu cür fikirlərin yersiz olduğunu hiss etdi. Bir neçə gün sonra bildirdi ki, Medvedevin sözləri kontekstdən çıxarılıb və hökumət özünün sosial öhdəliklərindən imtina etmir".

Rusiya prezidentinin keçmiş köməkçisi Andrey İllarionov qeyd edir ki, Kreml görünməmiş həcmdə vəsaitləri təhlükəsizliyə və müdafiəyə xərcləyir. Onun sözlərinə görə, cari ilin yanvar-aprel aylarında Rusiyanın müdafiə xərcləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. 2010-cu ildən isə 75 faiz artım qeydə alınıb. Halbuki, bu vaxt ərzində Rusiyanın ümumi daxili məhsulu 5,4 faiz artıb. Rusiya bu il müdafiəyə ümumi daxili məhsulun 4,6 faizini ayırıb. Bu, Putinin hakimiyyətdə olduğu bütün illər üçün maksimum göstəricidir.

"Rusiya-qala" üçün silah daha əhəmiyyətlidir, nəinki iqtisadiyyat", - Amerika nəşri yekunlaşdırıb.

Tarix
2016.06.10 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla