Yuxarı

Yağları sürətlə əridən 5 faydalı məsləhət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti geyimlər artıq qarderobdan yığışdırılıb. İncə geyimlərdə artıq çəkilər özünü biruzə verməyə başlayıb. Təşvişə düşməyə ehtiyac yoxdur.

Axar.az Axşam.az-a istinadən dietoloq Qəmzə Şanlı Axının bədəndəki artıq yağları əridən 5 məsləhətini təqdim edir:

Yağ əridən şorba

3 ortaboy balqabaq, 1 xörək qaşığı bolqar bibəri, 2 ədəd enginar, 1 dəstə şüyüd, 1 ortaboy soğan, 1 su bardağı süd və ya 3 dilim "karper" pendir.

Hazırlanması: Balqabaq, bolqar, enginar, şüyüd və soğanı 6 stəkan su ilə bişirin, blenderdən keçirin. Qaynamağa başlayanda yavaş-yavaş qarışdıraraq, südü və ya pendiri əlavə edin. Doyana qədər qəbul edə bilərsiniz. Bunu həftədə 2-3 dəfə axşam yeməyi olaraq yemək olar.

Rəngli tərəvəzlər

1 ortaboy badımcan, 1 ortaboy balqabaq, 1 ədəd qırmızı istiot, 1 ədəd göy bibər, 3 ədəd ortaboy göbələk, 1 yemək qaşığı yağ, zəncəfil.

Hazırlanması: Bunları istədiyiniz şəkildə doğrayıb, yağ və ədviyyatlar ilə qarışdırın. 200 dərəcədə, 25-30 dəqiqə bişirin. Həftədə 1-2 dəfə günorta yeməyi kimi qəbul etmək olar.

Sous üçün: 3 yemək qaşığı qatıq, ¼ dəstə şüyüd (incə doğranmış), nanə və kəklikotu qarışdıraraq üzərinə tökün.

Köpün qarşısını alan çay

1,5 litr su, 1 dəstə cəfəri, 1 çimdik qarğıdalı saçağı, 1 çimdik darçın, ½ qoz böyüklüyündə təzə zəncəfil (rəndələnmiş olmalıdır), 1 ədəd limonun suyu.

Hazırlanması: Bütün ərzaqlar birlikdə 10 dəqiqə qaynadılıb süzüldükdən sonra içinə limon suyu əlavə olunur. İsti və ya soyuq içmək olar. Gündəlik və 1 həftə ərzində qəbul edin.

Qarın əridən detoks

1 stəkan badam südü, 4 ədəd çiyələk, 10 ədəd qaragilə, ¼ avokado, 1 yemək qaşığı çia toxumu (çinlilərə məxsusdur), 3-4 ədəd ispanaq, 1 çay qaşığı darçın, ½ çay qaşığı zəncəfil tozu.

Hazırlanması: Bütün bunları blenderdən keçirin. Həftədə 2-3 dəfə qəbul etmək olar.

Təmizləyici içki

½ dəstə cəfəri, 1 ədəd kiçik çuğundur, ½ stəkan kefir, ½ çay qaşığı zəncəfil tozu, 2 yemək qaşığı yulaf əzməsi, 1 çay qaşığı çia toxumu.

Hazırlanması: Sadalanın ərzaqları blenderdən keçirin. Həftədə 2-3 dəfə günorta saatlarında yemək olar.

Tarix
2016.06.10 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla