Yuxarı

Bu gölü çirkləndirənlər cərimələnəcək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Nazirliyin yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvlərinə Şabran rayonunun Zeyvə kənd sakinləri Vüsal Bayramov, Mehrab Mehrabov və İlkin Qurbanov kəndin ərazisində yerləşən Əmbil gölünün ətrafının və ona bitişik sahələrin böyük turist qrupları tərəfindən fasiləsiz olaraq müxtəlif tullantılarla çirkləndirilməsi ilə bağlı şikayət məktubu göndərib.

Nazirlikdən Axar.az-a verilən məlumatda bildirilib ki, kənd sakinlərinin şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin və "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Azərbaycan üzrə Meşə Proqramı"nın əlaqələndiricisi Azər Qarayevin, "Hüquqi Düşüncə" İctimai Birliyinin sədri Samir İsayevin və şikayətçilərin birgə iştirakı ilə yerində araşdırılıb.

Aparılan araşdırma zamanı Əmbil gölünün ətrafının və ona yaxın meşə ərazilərinin antisanitariya vəziyyətində olması, çoxsaylı məişət tullantıları ilə zibillənməsi, insanların təbii ehtiyaclarından irəli gələn bioloji tullantılarla çirkləndirilməsi, qadağan olunmuş ərazilərdə tonqal qalanması kimi meşə mühitinə və bütövlükdə ekosistemə birbaşa mənfi təsir göstərən faktlar qeydə alınıb. Kənd sakinlərinin dediklərinə görə, buna səbəb son vaxtlar bu əraziyə kortəbii halda, turist adı ilə kütləvi şəkildə gələnlərin təbii mühitdən istifadənin normalarına riayət etməmələri olub.

Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunaraq təqsirkarların müəyyənləşdirilməsi üçün Şabran rayon Polis Şöbəsinə məktub göndərilib.

Təqsirkar şəxslər müəyyənləşdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 266.1 maddəsinə əsasən fiziki və hüquqi şəxs qismində inzibati qaydada 700 manatdan 8500 manatadək cərimə ediləcəklər.

Qeyd edək ki, ETSN-nin əməkdaşlarının və QHT nümayəndələrinin iştirakı ilə Əmbil gölünün ətrafı və ona bitişik sahələr tullantılardan təmizlənərək əvvəlki vəziyyətinə gətirilib, eyni zamanda ərazidə yeni xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb və ərazi Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Tarix
2016.06.10 / 10:41
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla