Yuxarı

AMEA-nın bu müəssisəsi nazirliyə verildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Respublika Xatirə Kitabı" redaksiyasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi barədə qərar verib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq verilib. Qərara əsasən, "Respublika Xatirə Kitabı" redaksiyası öz ştat vahidləri və əmlakı ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

"Respublika Xatirə Kitabı" redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı" Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.

Tarix
2016.06.10 / 10:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla