Yuxarı

Pilotlarımız Rusiyada şou göstərəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ryazan vilayətində keçiriləcək AVİADARTS-2016 müsabiqəsində Azərbaycandan olan pilotlar da iştirak edəcək.

ANS-in məlumatına görə, "Dubroviçi" aviapoliqonunda baş tutacan müsabiqədə Rusiya hərbi kosmik qüvvələrinin pilotlarından başqa Çin, Belarus, Qazaxıstan, Pakistan və Azərbaycan Hərbi Hava Qüvvələrindən olan komandalar iştirak edəcək.

Birinci iki yeri tutan pilotlar avtomobillə mükafatlandırılacaqlar.

AVİADARTS hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə sistemlərinin dəf olunması, idarəolunmayan raketlər, aviasiya silahları və idarəolunan tank əleyhinə raketlər vasitəsi ilə yerdə olan hədəflərin vurulması üzrə tapşırıqları icra edəcəklər.

Azərbaycan pilotlarının qatıldığı sonuncu təlimlər "Anadolu Qartalları" olub. Mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak ediblər. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunub.

Tarix
2016.06.10 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla