Yuxarı

Türk polisi 500 nəfərlik əməliyyata başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir vilayətinin Dağlar rayonunda 500 polisin iştirakı ilə təhlükəsizlik əməliyyatı keçirilib.

Axar.az xəbər verir ki, Diyarbəkir Polis İdarəsinin rəisi Adnan Daşdan təlim məqsədi ilə keçirilən əməliyyatda şəxsən iştirak edib.

Təlim rayonun 6 nöqtəsində baş tutub. Burada xüsusi təyinatlı polislərdən ibarət qruplar küçələrdə şərti şübhəli şəxsləri yoxlayıb.

Daha sonra vətəndaşlarla görüşən Adnan Daşdan sakinlərin problemlərini dinləyib, göstərişlər verib.

Təlimlərdən sonra jurnalistlərə açıqlama verən Adnan Daşdan insanların təhlükəsiz gediş-gəlişini bərpa etmək üçün belə bir təlim keçirdiklərini deyib:

"Məqsədimiz odur ki, insanlar daha dinc və etibarlı şəkildə yaşasın. Asayişi qoruyacağıq. Yeni bölgələr yaratmışıq".

Xatırladaq ki, 15 martdan etibarən PKK terrorçuları bölgədə barrikadalar qurmuş, vətəndaşlara məxsus xeyli avtomobili yandırmışdı. Bir həftə davam edən əməliyyatlardan sonra vəziyyət bir qədər normallaşıb.

Tarix
2016.06.10 / 17:41
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla