Yuxarı

Anası haqqında şayiə yayan qohumunu bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobuda qohum qohumunu bıçaqlayıb.

Musavat.com xəbər verir ki, qəsəbə sakini, 21 yaşlı Elnur Şıxməmmədov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfidən saxlanılıb.

İlkin dindirmə zamanı məlum olub ki, onun cinayət törətməsinə atasının xalası oğlu Meydanın anası haqqında dediyi xoşagəlməz sözlər olub. Suraxanı rayonu ərazisində neftçi işləyən Elnur qohumunun yaydığı şayiələr haqqında səhər saatlarında işdən evə gələndə anasından eşidib. Daha sonra Elnur qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna cağırıb. Elnur orada Meydanı bıçaqlayıb.

Ailənin yeganə qazanc gətirən üzvü olan Elnur aprel ayında ailə həyatı qurub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "Qəsdən saglamlığa zərər vurma" maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.06.10 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla