Yuxarı

Hələ o vaxt Balayan əlifbanı öyrənirdi - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslən Şuşa şəhərindən olan Polad Bülbüloğlu Azərbaycanın böyük oğlu və əsl vətənpərvərdir və belə də qalacaq.

Report-un məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənistanlı həmkarı Tiqran Balayanın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barəsində səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.

"Ermənistan XİN növbəti qeyri-etik şərhləri ilə əlaqədar olaraq demək istərdim ki, milyonların kumiri olan Polad Bülbüloğlu öz peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazanan vaxtlarda Ermənistan XİN-in mətbuat katibi bəlkə də hələ əlifbanı öyrənirdi", - deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, "peşəkar ali təhsili" olan erməni "diplomatları" dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş beynəlxalq hüquq və normativ-hüquqi sənədləri özlərinə məxsus tərzdə şərh etməyə çalışaraq, dünyaya öz absurd iddialarını sübut etməyə cəhd göstərirlər: "Bunun bariz nümunəsi kimi, bir qədər əvvəl Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryanın Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyəti barədə söylədiyi yalan və vulqar açıqlamalarını göstərmək olar. İndi isə bu yolu həmin strukturun mətbuat katibi davam etdirir".

Tarix
2016.06.10 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla