Yuxarı

Romada Azərbaycan-İtaliya forumu başlayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 iyun 2016-cı il tarixində Roma şəhərində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcəkdir.

Azərbaycanın İtaliyadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdə Hökumətlərarası Komissiyanın həmsədri, AR Energetika Naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən heyət iştirak edəcək. Komissiyanın iclası ilə yanaşı, həmin gün hər iki ölkənin aparıcı şirkətlərinin də qatılacağı Azərbaycan-İtaliya Biznes Forumu təşkil olunacaq.

Hər iki tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin, xüsusilə də enerji, neft-kimya, kənd təsərrüfatı, aqrosənaye, nəqliyyat-logistika və əczaçılıq sektorlarında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, müvafiq təqdimatlar keçiriləcək.

İtaliya uzun müddətdir ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,84 milyard ABŞ dolları olmuşdur ki, bunun 2,25 milyard ABŞ dollarını Azərbaycandan İtaliyaya, 587,8 milyon ABŞ dollarını isə İtaliyadan Azərbaycana ixrac təşkil edib. Azərbaycan İtaliyanın əsas xam neft təchizatçılarından biridir. Eyni zamanda, Azərbaycan da bölgədə İtaliyanın ən böyük ixrac bazarlarından birinə çevrilməkdədir. Belə ki, son 5 il ərzində İtaliyanın Azərbaycana ixracı 3 dəfədən də çox artıb ki, bunun da böyük hissəsini texnologiya və avadanlıqlar təşkil edir.

Hazırda Azərbaycanda müxtəlif sektorlarda çoxsaylı İtaliya şirkətləri fəaliyyət göstərir. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazı İtaliya vasitəsilə Avropa istehlakçılarına çatdırılacaq.

13 iyun tarixində Romada keçiriləcək Hökumətlərarası Komissiyanın iclası və Biznes Forum Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə yanaşı, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin dərinləşdirilməsinə, habelə ölkəmizin qeyri-neft ixracının artırılmasına töhfə verə biləcək layihələrə italyan biznesinin cəlb olunması imkanlarını nəzərdən keçirmək üçün yaxşı fürsət olacaq.

Tarix
2016.06.11 / 00:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla