Yuxarı

Leysan yağışları Tiflisdə də fəsadlar yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan ərazisində yağan dolu və güclü yağışlar paytaxt Tiflisdə yenidən fəlakətə səbəb olub.

Report-un Gürcüstan bürosu xəbər verir ki, paytaxtın Niçubidze küçəsindəki yaşayış binasının divarında uçqunlar yaranıb.

Evin fasad hissəsi yararsız vəziyyətə düşüb. Xəsarət alan olmasa da, bir neçə ailə evsiz qalıb.

Paytaxtın Nadzaladevski rayonunun Leçxumi küçəsində də yaşayış binasının istinad divarları uçub, nəticədə dörd ailə evsiz qalıb.

Sakinlərin sözlərinə görə, paytaxtda güclü yağışlar nəticəsində köhnə tikililərin özülləri, istinad divarları yararsız hala düşüb. Təhlükəli binaların sayı isə çoxdur.

Bəzi sakinlər təbii fəlakətin miqyasının daha da böyüməsindən narahatdırlar. Onlar bildirirlər ki, 2015-ci il iyunun 13-də gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində Tiflis zooparkı su altında qalmışdı. Bu cür bədbəxt hadisələr yenə də təkrar oluna bilər.

Qeyd edək ki, bir neçə gündür aramsız yağan leysan yağışları və dolu nəticəsində Gürcüstanın bölgələrinə də ciddi ziyan dəyib. Bəzi ərazilərdə əkin sahələri su altında qalıb, meyvə bağlarına və infrastruktura ciddi ziyan dəyib.

Yağışlar davam edir. Gürcüstanın müvafiq strukturları fəlakətin böyüməsinin qarşısını almaq məqsədilə iyunun 10-da toplardan istifadə edərək yağış buludlarını dağıdıblar.

Tarix
2016.06.11 / 01:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla