Yuxarı

Moskva Qarabağın elə həll modelini təklif edəcək ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qarabağ məsələsini yalnız siyasi yolla həll edə bilməyəcək, Moskva Bakıya hərbi yolla da dəstək verməlidir ki, problem öz həllini tapsın.

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlama verib. Əliyev, Putin və Sərkisyanın Qarabağ məsələsi üzrə gözlənilən görüşünü şərh edən deputat çox önəmli məqamlara işıq salıb:

"Dördgünlük müharibə zamanı real olaraq iki dövlət arasında silahlı münaqişənin genişlənməsini durduran yeganə tərəf Moskva oldu. Prosesləri yaxşı görən Qərb fərqində idi ki, Strasburq və ya Brüsseldən gələn zəng hesabına Füzulidə tank və toplar susası deyil. Putinin buna gücü çatdı, onun təsir gücü Bakı və İrəvanda qəbul olunub. Ancaq fərqli reaksiyalar yalnız 5 apreldən başlandı. İrəvanda Rusiya əleyhinə aksiyalar meydana çıxdı və nə qədər generalların poqonları sökülsə də, əlləri Putinə çatmadıqlarından siyasi müharibəni dərinləşdirdilər. Bu, nəticə etibarilə beynəlxalq dairələr tərəfindən fəal şəkildə danışıqların bərpasını əngəlləyə bilmədi. Vaşinqton avtomatik olaraq prosesdən kənarda qalmamaq üçün Lavrov-Kerri danışıqlarından sonra tərəfləri Vyanada bir araya gətirə bildi. Hər halda Rusiyanın buna nə üçün getdiyini cavablandırmaq çətin deyil. Yəqin Suriya məsələsində də eynən ABŞ-ın hansısa güzəştli addımları baş verib və indi də sanki iki region arasında olan məsələlərdə beynəlxalq güclərin sövdələşmələri özünü göstərməkdədir. Bununla bərabər, Lavrov Vyanadan masa üzərində müzakirə olunacaq sənədin məhz Rusiya planı olduğunu gizlətmədi.

İndi Qərb tərəfindən iki hədəfə doğru istiqamətlənmiş addımlar atılmaqdadır. Birincisi, Ermənistanın anti-Rusiya ovqatından istifadə edərək İrəvanı öz tərəflərinə çəkmək istəyirlər. İkincisi, Azərbaycan enerji cəhətdən Qərbin tərəfdaşı olsa da, siyasi cəhətdən Rusiya mövqeyini qəbul etdiyi üçün Bakıya müəyyən təzyiq göstərmək istəyirlər. Hətta bir az da irəli gedib bölgəyə Anjey Kaspşik vasitəsilə özlərinin müşahidə missiyasını göndərməyə çalışırlar. Yəqin ki, onların hamısı kəşfiyyatçılardan ibarət olacaq. Yəni sülhməramlı qüvvələrə bərabər gedişlər etmək istəyirlər. Ermənilər isə buna razıdırlar. Əsas niyyət – bir tərəfdən İranı, o biri tərəfdən Qərbi bu prosesə qoşmaqla Rusiyadan asılılığı azaltmaq, çoxvektorlu bir siyasətə keçməkdir. Ancaq Ermənistan qətiyyən nə İranın, nə də Qərbin fonunda Azərbaycan kimi balanslı siyasət qura bilməyəcək".

Z.Oruc iyunun sonunda hərtərəfli həll üçün Parisdə aparılacaq danışıqlardan öncə Putinin tərəfləri görüşdürmək planından da söz açıb:

"Qafqazlardakı davanın bütün keçmiş tarixinə rəğmən, kim regionun gələcəyində iştirak etmək istəyirsə, Qarabağ məsələsinin həllində də o rol oynamalıdır. Əks halda, bu bölgədən siyasi və iqtisadi cəhətdən yararlanmaq çox çətin olacaq. Ona görə də keçmişdə bölgəni münaqişələr vasitəsilə idarə edirdilərsə, indi isə əksinə, həll məsələsi işə düşəndə hər bir dövlət çalışır ki, planı o versin. Təbii, Qərb onun fərqindədir ki, Putin tərəfindən irəli sürülən model həyata keçsə, Azərbaycan Avropaya çox da ehtiyac duymayacaq. Putin bilir ki, Qarabağ məsələsində əlini qızdırmaq istəyən Avropa dairələrinin qarşısını kəsməyin ən yaxşı yolu prezidentlərin görüşünü keçirmək, xalqları gələcək sülhə hazırlamaqdır".

Millət vəkili bildirib ki, Putinin iştirakı ilə baş tutacaq görüş qətiyyən Azərbaycanın maraqlarına zidd deyil:

"Ermənistan bütün yüz illərin cinayətini indi Moskvanın əleyhinə yazır. Bu görüşün məqsədi açıq şəkildə Qərbi kənarlaşdırmaq, Putinin planının hər üç tərəfin xeyrinə olduğuna inandırmaqdır. Ən azından Rusiya bölgədə əlavə konfliktlər yaşamaq istəmir. Çünki Qarabağda ocaq yananda bu od dərhal Şimali Qafqazı da bürüyür. Qarabağ məsələsinin Rusiyanın rəhbərliyi ilə həlli Moskvanın yüz illər ərzində bölgədəki savaşları törətdiyinə görə qazandığı addan sınaq üçün bir fürsətdir, qısası, Rusiyanın xilaskar obraza ehtiyacı var. Ona görə də Putin imkan verməyəcək ki, Qərbin planı Qarabağ məsələsində qəbul olunsun. ABŞ da təbii ki, bundan şad olmayacaq və bu planı pozmağa çalışacaq".

Deputat Sankt-Peterburq görüşünə Azərbaycanın böyük önəm verdiyini açıqlayıb:

"Bu görüş reallaşacağı təqdirdə Sərkisyan öz xalqına hansı sülhün lazım olduğu bəyanatını verib, yəqin ki, hakimiyyətdən getməli olacaq. Ancaq Petrosyan, Köçəryan və Sərkisyan o həqiqəti dərk etməlidirlər ki, müvəqqəti işğal nəinki dövlət qurmağa imkan vermir, onun regional və beynəlxalq aləmdə qəbul etdirmək məsələsi daha mühümdür. O üzdən Rusiya elə bir həll modeli meydana çıxaracaq ki, Qərbi bölgədən qova bilsin və Qafqazın tək nüfuz qüvvəsinə çevrilsin".

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.

Tarix
2016.06.11 / 09:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla