Yuxarı

Deputatdan korlaşmaya qarşı inanılmaz təklif

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda korlaşmanın qarşısını almaq üçün yeni təklif irəli sürülür.

Təkliflə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bu gün göz xəstəliklərinin qarşısını almaq üçün gözün buynuzlu qişasının köçürülməsi çox zəruri əməliyyatlardan biridir:

"Azərbaycanda ildə bəlkə də minlərlə insan bu əməliyyatın keçirilməməsi səbəbindən kor olur. Bizim göz xəstəlikləri institutunda hər cür şərait var, yaxşı kadrlar var, amma buynuzlu qişa vəfat etmiş insandan götürüldüyünə görə, bu işdə donorluq etmək olmur".

M.Quliyev hesab edir ki, buynuzlu qişa ya Azərbaycanda vəfat etmiş insanlardan götürülməlidir, ya da İranda buynuzlu qişa bankı var və oradan alınmalıdır:

"Bankdan buynuzlu qişa xaricilərə də satılır. Özü də bahalı deyil. Qanunvericilikdə, gömrük prosedurlarında müəyyən dəyişikliklər olmalıdır ki, buynuzlu qişanı Azərbaycana gətirmək mümkün olsun. Bu yolla minlərlə insana dünya işığını bəxş etmək olar. Bu aktual bir məsələdir və hesab edirəm ki, bu məsələni gündəmə gətirməliyik".

Tarix
2016.06.11 / 09:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla