Yuxarı

İsrail terrorunda ölən bakılı kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 8-də Tel-ƏIvivdə, "Sarona" ticarət mərkəzi rayonunda yerləşən Müdafiə Nazirliyi və Baş Qərargah binaları kompleksinin qarşısında dəhşətli terror aktı törədilib. Həlak olanların biri əslən Bakı şəhərindən olan 32 yaşlı Mila Mişiyevadır. O, 25 il əvvəl valideynləri ilə birlikdə İsrailə köçüb. Ailə Aşkelon şəhərində yerləşib. Dəfn mərasimi də elə burada keçirilib.

AzərTac xəbər verir ki, Mila ilə vidalaşmağa təkcə qohumları və dostları gəlməyib. Vida mərasimində şəhər sakinləri ilə yanaşı Aşkelonun meri İtamar Şimoni də iştirak edib.

"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının (Azİz) mətbuat xidmətindən AzərTac-a bildiriblər ki, vida mərasimində "Azİz" tərəfindən direktorluğun üzvləri - Absorbsiya Nazirliyinin Akko şəhərində əslən Qafqazdan olanlarla iş üzrə layihəsinin əlaqələndiricisi Rauf Ağalarov və "Sholumi" Mərkəzinin rəhbəri Şaul Siman-Tov iştirak ediblər. Onlar "Azİz" Assosiasiyası və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu (STMEQİ) adından əklillər qoyublar.

Tarix
2016.06.11 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla