Yuxarı

Bu, Azərbaycanın uğurlu nəticələrindəndir - BMT

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESKO-nun Türkiyə Strateji və Diplomatik Biliklər Mərkəzinin idarə heyətinin sədri xanım Selin Şenocak Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub.

Axar.az xəbər verir ki, görüşdə BAMF-ın sədri Umud Mirzəyev Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun hazırkı vəziyyəti və bu sahədə atılan addımlar barədə məlumat verib. O, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü kimi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək layihələri barədə danışıb. Diqqətə çatdırılıb ki, bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibədən əziyyət çəkmiş regionlarda sosial, iqtisadi proqramlar həyata keçirir. BAMF-ın fəaliyyəti, eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının səviyyəsini göstərən uğurlu nəticələrdən biridir.

Xanım Selin Şenocak bildirib ki, BMT və onun agentlikləri Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa çox müsbət yanaşır və bu istiqamətdə zəruri dəstəyi göstərməyə hazırdır.

Tarix
2016.06.11 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla