Yuxarı

MKİ lideri: “11 sentyabra aid sənədlər açılmalıdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən 11 sentyabr 2001-ci ildə törədilən teraktla bağlı aparılan istintaqın nəticələrinin ictimaiyyətə təqdim edilməsinin tərəfdarıyam.

Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan söyləyib. Onun sözlərinə görə, ABŞ bu sənədləri ictiamiyyətə təqdim edəcək və məhz o zaman Səudiyyə Ərəbistanının bu hadisələrlə əlaqəsinin olmadığı ortaya çıxacaq:

"Artıq teraktların tədiqiqatı üzrə komissiya Ər-Riyadın burada heç bir günahı olmadığı haqda sübutlara sahibdir. Son 15 il ərzində Səudiyyə Ərəbistanı ABŞ-ın terrorizm sahəsində ən yaxşı tərəfdaşlarından biridir".

Qeyd edək ki, 11 sentyabr teraktı ilə bağlı tədqiqat komissiyasının hesabatı ilk dəfə 2002-ci ildə yayımlanıb. Lakin o zamankı ABŞ Prezidenti Corc Buş bu sənədin 28 səhifəsini ictimaiyyətə açılmasına qadağa qoyub. Son günlər hesabatın açılması məsələsi yenidən aktivləşib. Ər-Riyad bu sənədlərin açılmasının Vaşinqtonla münasibtlərinə mənfi təsir göstərəcəyini bildirib.

Tarix
2016.06.12 / 12:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla