Yuxarı

Cahangir Hacıyevin xanımı ölkədən qaçıb? – Vəkil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın həbsi və ya qaçması barədə xəbərlər əsassızdır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin vəkili Aqil Layıcov deyib. Onun sözlərinə görə, Zamirə Hacıyeva artıq xeyli vaxtdır ki, xaricdə yaşayır:

"Zamirə Hacıyeva Azərbaycanda yaşamır, ona görə də onun həbsi barədə yayılan məlumat əsassızdır".

A.Layıcov həmçinin Nərimanov Rayon Məhkəməsi tərəfindən Z.Hacıyeva barədə həbs qətimkan tədbiri seçilməsi qərarından məlumatsız olduğunu vurğulayıb.

Qeyd edək ki, Z.Hacıyeva barəsində Nərimanov Məhkəməsi tərəfindən həbs qərarı seçilməsi barədə məlumatı və qərarın surətini "Basta" yayıb. Z.Hacıyeva heç bir zəruri sənəd təqdim etmədən Azərbaycan Beynəlxalq Bankından plastik kart almaqda və bu kart vasitəsilə faizsiz kredit adı altında dünyanın müxtəlif yerlərindəki ABB bankomatlarından külli miqdarda vəsait çıxarmaqda günahlandırılır.

Tarix
2016.06.12 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla