Yuxarı

Yayda eynəklərdən gələn təhlükə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdan yay mövsümü gəlir və gün eynəkləri yenə insanların ən çox istifadə etdiyi aksesuarlardan birinə çevrilir.

Yay mövsümündə küçələrdə Çindən gətirilən ucuz gün eynəklərinin satıldığı satış lövhələri peyda olur və insanlar da bu eynəklərdən almağa böyük həvəs göstərir. Ancaq heç kim bu ucuz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil.

Oftalmoloq-cərrah Azər Kərimov imkan daxilində belə ucuz eynəklərdən istifadə etməməyi tövsiyə edir.

A.Kərimov Trend-ə bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdəkindən fərqlidir: "Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Həmin eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur və bunlar olmadığına görə həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur".

Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir: "Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Bu eynəklərlə bəzi adamlar deyə bilər ki, hansısa obyekti iki görürəm, bəzi adamlar da deyə bilər ki, ürəyim sıxılır və s. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur".

Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə ucuz gün eynəklərindən daha çox zərər vurur.

Tarix
2016.06.12 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla