Yuxarı

Soydaşlarımız Gürcüstanda siyasi mübarizəyə qoşuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda keçiriləcək parlament seçkilərində azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundan iki nəfər azərbaycanlının majoritar qaydada deputatlığa namizədliyi irəli sürülüb.

APA-nın məlumatına görə, bu gün Marneulidə soydaşlarımızla görüşən Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və Marneuli sakini Əhməd İmamquliyevin deputatlığa namizədliyini elan edib.

D.Bakradze soydaşlarımız qarşısında çıxışında Vahid Milli Hərəkat Partiyası tərəfindən majoritar qaydada deputatlığa namizədliyi irəli sürülən şəxslərə inandığını bildirib: "Biz Gürcüstanla Türkiyənin, Azərbaycanın əlaqələrini inkişaf etdirəcək, əməkdaşlığımızı genişləndirəcəyik. Son 4 ildə biz Gürcüstanın necə inkişaf etdiyini gördük. Əvvəllər Gürcüstan ali məktəblərinə 12 məzun qəbul olurdusa, indi 3 mindən çox azərbaycanlı tələbə Tiflis universitetlərində təhsil alır. Biz daha da irəli gedəcəyik və seçkilərdə qələbə qazanacağıq".

Sonra parlament seçkilərində majoritar deputatlığa namizəd irəli sürülən Azər Süleymanov və Əhməd İmamquliyev soydaşlarımız qarşısında çıxış ediblər.

D.Bakradze jurnalistlərə açıqlamasında partiyasının Bolnisidən Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Samirə İsmayılovanın və Qardabanidən Vahid Milli Hərəkat Partiyasının Qardabani şöbəsinin rəhbəri Ramin Bayramovun majoritar qaydada deputatlığa namizədliyini irəli sürəcəyini bildirib: "Biz parlament seçkilərində daha çox azərbaycanlının deputat seçilməsinin tərəfdarıyıq".

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

Tarix
2016.06.12 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla