Yuxarı

Bakı-Tiflis-Qars tamamlanmaq üzrədir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolunun üzərində işlər, demək olar ki, tamamlanıb, çox iş qalmayıb.

Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov ANS-ə açıqlamasında deyib.

Layihənin ləngiməsi ilə bağlı sədr onu deyib ki, nəzərə alınmayan işlər, əlavə xərclər həddindən artıq çoxdur, iş çətin iqlim şəraitində aparılır. Buna səbəb olaraq C.Qurbanov həmçinin Gürcüstanda baş verən hakimiyyət dəyişikliyini də göstərib.

Dəmir yolunun Türkiyə hissəsi ilə bağlı C.Qurbanov qeyd edib ki, qalan işlər böyük bir problem deyil: "Türkiyə üçün 85 kilometrlik o yol böyük bir şey deyil. Onlar da işlərin hardasa 80 faizini tamamlayıblar. Qalıb üst tərəfi, onu da bu ilin axırına kimi, yəgin ki, tamamlayarlar və dizel lokomotivlərlə yükü apara bilərik".

Cavid Qurbanov deyib ki, layihə ilə bağlı Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiyalar naziri Əhməd Arslanla görüş keçirməyi planlaşdırır.

İpək yolu ilə bağlı C.Qurbanov onu deyib ki, bu yol Rusiyanın, Azərbaycanın, həm də Qazaxıstanın üzərindən keçməklə, Avropaya çıxışı genişləndirir: "Çünki Çinin Avropayla, bu dövlətlərlə arasındakı mübadilə təqribən 100 milyon tonun ətrafındadır. Ancaq bu get-gedə artacaq. Artdıqca, nəqliyyat növlərinə tələbat daha da çoxalacaq. Çoxaldıqca bu yolun genişlənməsi lazımdır. Bunlardan da biri, üzərimizdən keçən dəmir yoludur".

Nazir həmçinin vurğulayıb ki, bu marşrutu əsas işə salan Bakı-Tiflis-Qars dəmir yolu olacaq.

Tarix
2016.06.12 / 23:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla