Yuxarı

Dünya silah bazarının həcmi rekord həddə qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə dünya silah bazarının həcmi 65 milyard dollara qədər qalxıb.

Axar.az xəbər verir ki, bu statistika İHS Qlobal Defens Treyd Report təşkilatının hesabatında yer alıb. 2015-ci ildə əldə olunan rəqəm 2014-cü ilə nisbətdə 10% çoxdur. Üstəlik, bu göstərici son 10 ilin ən böyük artımı hesab edilir. Hesabata əsasən, silah bazarında kəskin artım Səudiyyə Ərəbistanının silah alışını qəfil çoxaltması ilə əlaqədardır. Ər-Riyad keçən il silah idxalını 9,3 milyard dollara qədər artırıb. Səudiyyə Ərəbistanının silaha tələbatının artması özünün regional rəqibi olan İrana qarşı Yəməndə mübarizə aparmasına səbəb olub. Silah idxalının həcminə görə, dünyada ikinci yerdə Hindistan qərarlaşıb. Bundan sonrakı yeri Avstraliya tutub. Dördüncü yerdə isə 2,3 milyard dollar xərcləməklə Misir yer alıb.

İHS təşkilatının proqnozuna görə, yaxın üç il ərzində neft ixracatçıları olan ölkələr silah alışını azaldacaqlar. Bu ölkələr əməliyyatlara daha çox pul xərcləyərək, regiondakı hadisələrə təsir etməyə çalışacaqlar. Üstəlik, dünyanın iki nömrəli silah ixracatçısı olan Rusiyanın İranla ticarətinin artacağı gözlənilir. Tehran Qərb sanksiyalarının zəifləməsindən sonra öz hərbi hava qüvvələrinin bərpasına başlayıb. Bu isə böyük bir addım olduğuna görə 40-60 milyard dollar pulun xərclənməsinə səbəb ola bilər.

Hesabata əsasən, 2015-ci ildə də dünyanın 1 nömrəli silah ixracatçısı ABŞ olub. ABŞ bu il 23 milyard dollar silah ixrac edib ki, bunun 8,8 milyardı Yaxın Şərqin payına düşür. Maraqlı məqam odur ki, gəlirin böyük bir hissəsi təyyarə satışından əldə edilib. Bu da yeni beşinci nəsil təyyarələr olan F-35-lərə marağın artması ilə əlaqədardır.

Tarix
2016.06.13 / 10:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla